» » » Ətin bahalaşması şadlıq evlərinin qiymətlərinə necə təsir edəcək?– VİDEO

Ətin bahalaşması şadlıq evlərinin qiymətlərinə necə təsir edəcək?– VİDEO

Ətin bahalaşması şadlıq evlərinin qiymətlərinə necə təsir edəcək?– VİDEO

İki ay fasilədən sonra toy mərasimlərinə yenidən start verilməsinə sayılı günlər qalıb. Artıq restoranlar çal-çağırlı məclislər üçün sifarişlər qəbul etməyə başlayıblar. Bəzi ərzaq məhsullarının, o cümlədən, ətin bahalaşması toy mövsümünün başlaması ərəfəsində restoran menyularına təsir edib.

İnzibatçılarının sözlərinə görə, artıq aprel ayına qədər belə toy üçün yazılanlar var. Bununla belə qiymətlərdə hər hansı bir endirim tətbiq edilmir.

Son günlər ət və ət məhsullarının bahalaşması şadlıq evlərini tədbir görməyə vadar edib. Bəzi restoranlar qiymətləri qaldırmamaq üçün menyuda ixtisarlar edib.

Şadlıq evlərinin inzibatçıları bildiriblər ki, bəgər ərzaq məhsullarının qiymətləri artmağa davam etsə menyuları yenidən tərtib etməli olacaqlar.

Ucarliyiq.biz “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: