» » » Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilməyib

Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilməyib

Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilməyib

“İntertobakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayətzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İ.Hidayətzadə apellyasiya şikayəti verərək azadlığa buraxılmasını istəyib.

O, 2015-ci ildə saxlanılıb və “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 100 milyon dollar kredit götürərək mənimsəməkdə təqsirləndirilib. İ.Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.