» » » Bakıda “Ceylo”nu avtomobil vurdu – FOTO

Bakıda “Ceylo”nu avtomobil vurdu – FOTO

Bakıda “Ceylo”nu avtomobil vurdu – FOTO

Bakıda cinsi azlığın nümayəndəsini vuran avtomobil hadisə yerindən uzaqlaşıb.

Ucarliyiq.biz Musavat.com-a istinadən xəbər verir ki, yol qəzası Maştağa qəsəbəsində baş verib.

Qəsəbədə “Dörd yol” kimi tanınan ərazidə 1977-ci il təvəllüdlü Bədəlov Ceyhun Arif oğlunu avtomobil vurub. Sürücü avtomobili saxlamayaraq, ərazidən uzaqlaşıb. Xəsarət alan C.Bədəlov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Ceyhun Bədəlovun verdiyi məlumata görə, onu “VAZ 2107” markalı avtomobil vurub.

Ceyhun Bədəlov Maştağa şossesində “Ceylo” ləqəbi ilə tanınır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

Bakıda “Ceylo”nu avtomobil vurdu – FOTO

Bakıda “Ceylo”nu avtomobil vurdu – FOTO

Bakıda “Ceylo”nu avtomobil vurdu – FOTO