» » » Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb

Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb

Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb

Faktla bağlı araşdırma aparılır.

Göygöldə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.
 
“VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb.
 
Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb.
 
Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb.
 
Ölənlərdən biri 1981-ci il təvəllüdlü Pərviz Teymurovdur. Digər iki nəfərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.
 
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.