» » » Yardımlıda iki nəfər su quyusunda boğuldu

Yardımlıda iki nəfər su quyusunda boğuldu

Yardımlıda iki nəfər su quyusunda boğuldu

FHN əməliyyat keçirdi.

Yardımlıda iki nəfərin ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş verib. 

Bu barədə ucarliyiq.biz-a FHN-dən bildiriblər.

Məlumata görə, rayonun Köryədi kəndində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıblar.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki ki, 1983-cü il təvəllüdlü Adışov Rahil Mursaqulu oğlu və 1980-cı il təvəllüdlü Niftəliyev Elvin Sultanağa oğlu təmizlik işləri aparmaq üçün dərinliyi təxminən 18-20 m olan su quyusuna düşüb və havasızlıqdan vəfat ediblər. 

Cənub Regional Mərkəzin xilasediciləri R.Adışov və E.Niftəliyevin meyitini quyudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:10-da başa çatıb.