» » » Bakıda insanlıq dərsi keçən təkər təmirçisi - VİDEO

Bakıda insanlıq dərsi keçən təkər təmirçisi - VİDEO

Bakıda insanlıq dərsi keçən təkər təmirçisi - VİDEO

Həsənov Xudaverdiyevi kiçik bir hədiyyə ilə qiymətləndirib.

Bakıda təkər təmirçisindən sözün əsl mənasında insanlıq dərsi. 

ucarliyiq.biz Xəzərxəbər-ə istinadən xəbər verir ki, yol kənarında dayanmış avtomobilin şüşəsinin açıq olduğunu görən təkər ustası inanılmaz bir addım atıb.

O, avtomobilin sahibi yanında olmadığından oğurluq olmasın deyə açıq şüşənin yerinə qəzet vurub ki, guya maşın təmir edilir. Maraqlı hadisə Yasamal rayonunda yaşanıb.

Ənvər Həsənov bir gün əvvəl avtomobilini burda saxlayaraq işlədiyi ofisə gedib. Təxminən 7 saatdan sonra geri qayıdanda gördüyü mənzərə qarşısında heyrətə gəlib.

Ənvər Həsənov xeyli axtardıqdan sonra ona yaxşılıq edən şəxsi tapıb. Məlum olub ki, hər hansı bir ziyanlıq olmasın deyə avtomobilin şüşəsinə qəzet vuran yaxınlığında təkər təmiri ilə məşğul olan Rəşad Xudaverdiyevdi.

TV əməkdaşları Ənvər Həsənovla xeyirxah iş görən Rəşad Xudaverdiyevi də tapıblar. Həmin vaxt təkər təmirçisinə təşəkkür etdikdən sonra Ənvər Həsənov ərazidən uzaqlaşıb. Bu gün isə Ənvər Rəşad Xudaverdiyevi bu təşəbbüsünə görə kiçik bir hədiyyə ilə qiymətləndirib.