» » » Dekabrın 1-nə olan hava proqnozu açıqlandı

Dekabrın 1-nə olan hava proqnozu açıqlandı

Dekabrın 1-nə olan hava proqnozu açıqlandı

Sabah, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz-a verilən məlumata görə, paytaxtın və yarımadada arabir yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütünu təşkil edəcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacağı gözlənilir.