» » » Bu il Azərbaycanda QİÇS-ə yoluxanların və ölənlərin sayı açıqlanıb

Bu il Azərbaycanda QİÇS-ə yoluxanların və ölənlərin sayı açıqlanıb

Bu il Azərbaycanda QİÇS-ə yoluxanların və ölənlərin sayı açıqlanıb

Bu gün Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1 dekabr - Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, mərkəzin təşkilat şöbəsinin müdiri Eldəniz Muradov bildirib ki, QİÇS bütün dünyada olduğu kimi, Azərbaycanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir.

Onun sözlərinə görə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.

Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov qeyd edib ki, 2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfərinin (3,0%) isə əcnəbi olduğunu deyən şöbə müdiri vurğulayıb ki, qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır:

“Ümumilikdə, 2016-cı ilin bu gününə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373  nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub. İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib”.

Şöbə müdiri əlavə edib ki, ötən il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib:

“Son 20 ildə  tətbiq edilən antiretrovirus terapiyaya (ART) hazırda 3418 İİV-lə yaşayan insan  cəlb olunub, onlardan 458 nəfərə müalicə 2016-cı ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını alamaq üçün 237 hamilə ART-yə qoşulub”.