» » » Bakıda qəza: Ölən var

Bakıda qəza: Ölən var

Bakıda qəza: Ölən var

BPİ məlumat yaydı.

Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib. 

ucarliyiq.biz Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, oktyabrın 4-ü saat 21:25 radələrində Sabunçu rayonu Zabrat-Kürdəxanı şosesində qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əmir Əmirov idarə etdiyi «VAZ-2106» markalı avtomobili idarəetməni itirərək maneəyə vurub. 

Nəticədə Ə.Əmirov 3 saylı xəstəxanaya yerləşdirilib. Sürücünün həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.