» » » Gələn ilin sonuna Azərbaycan əhalisinin sayı nə qədər olacaq?

Gələn ilin sonuna Azərbaycan əhalisinin sayı nə qədər olacaq?

Gələn ilin sonuna Azərbaycan əhalisinin sayı nə qədər olacaq?

“2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir”.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu sözləri 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov rəhbərlik etdiyi qurumun apardığı hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meyilləri, əhalinin məşğulluğunun və sosial vəziyyətinin səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişiklikləri açıqlayıb: 

“Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5%-ni, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir.