» » » Bakı əhalisi gün ərzində neçə siqaret çəkir?– FOTO

Bakı əhalisi gün ərzində neçə siqaret çəkir?– FOTO

Bakı əhalisi gün ərzində neçə siqaret çəkir?– FOTO

Bu gün siqaretin qiyməti 10 qəpik də artıb. Bu da siqaret istehlakçılarının aylıq xərclərinin artması deməkdir. 

Ucarliyiq.biz xəbər verir ki, “ACT Azərbaycan” oktyabrın 29-dan noyabrın 2-dək siqaretin qiymətinin artımasının Bakı şəhər əhalisinin neçə faizinə təsir etdiyini araşdırmaq üçün sorğu keçirib. 

Respondentlərin beşdə biri, yəni, 21%-i siqaret istifadəçisidir. Onların yarıdan çoxu, yəni 61%-i 10 ildən artıqdır ki, bu vərdişin aludəçisidir. 

Maraqlısı odur ki, son bir ildə siqaretin qiymətinin artması ilə paralel olaraq siqaret çəkənlərin sayı da 5% artıb.

Respondentlərin böyük əksəriyyəti gün ərzində siqaret qutusunun yarısından çoxunu istifadə edir. Belə ki, gündəlik 7 və daha çox siqaret çəkənlər sorğuda 82% səs toplayıblar. 18% respondent üçün 1-6 ədəd siqaret gündəlik normadır.

Azərbaycan cəmiyyətində qadınların siqaret çəkməsi birmənalı qarşılanmır. Buna baxmayaraq, sorğu nəticəsində qadın respondentlərin 1%-i siqaret çəkdiklərini etiraf ediblər. 

Bunu nəzərə alaraq, respondentlərdən zərif cinsin siqaret çəkməsinə münasibətlərini öyrənilib. Məlum olub ki, bu pis vərdişi qadına yaraşdırmayanların böyük əksəriyyəti elə qadınların özləridir. 

Bu məsələdə həmcinslərini qınayan qadınlar 78%-dir. Siqaret tüstüsünü qadına yaraşdırmayan kişilər də az deyil. Belə ki, hər 10 kişidən 6-sı qadınların siqaret çəkməsinə qarşıdır (66%). Qadın və siqaret mövzusuna birmənalı yanaşmayanlar əsasən orta nəslin nümayəndələridir (45-54 yaş arası). Bu yaş kateqoriyasına daxil olan hər 10 respondentdən 8-i qadınların siqaret istifadəsinə qarşı çıxır (82%).

Siqaret tüstüsünün sehrinə düşən kişilərin faizi isə 43-ə bərabərdir. Qadınlardan fərqli olaraq kişilər həmcinslərinin siqaret çəkmələrinə normal yanaşırlar. 48% kişinin fikrincə, siqaretdən istifadə onların öz seçimləridir.

Qadınlar bu mövzuya da kişilərdən daha həssas yanaşırlar. 57% zərif cinsin nümayəndəsi kişilərin bu vərdişə aludə olmasına qarşıdır. 

Kişilərin sağlam həyat sürməsinin tərəfdarları əsasən nisbətən yaşlı nəslin nümayəndələridir (55-64yaş aralığı). Bu yaş kateqoriyasına daxil olan respondentlərin 64%-i kişilərin siqaretdən istifadəsinin əleyhinədir.

Bakı əhalisi gün ərzində neçə siqaret çəkir?– FOTO