» » » Bakıda bəzi avtobus xətlərinə dəyişiklik edildi – SİYAHI

Bakıda bəzi avtobus xətlərinə dəyişiklik edildi – SİYAHI

Bakıda bəzi avtobus xətlərinə dəyişiklik edildi – SİYAHI

NİİM məlumat yaydı.

Bakıda 6 və 8 saylı marşrut yeni avtobus marşrutları fəaliyyətə başlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ucarliyiq.biz-a verilən məlumata görə, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli – “Azadlıq” metro st. – Ak.H.Əliyev küç. – Tbilisi prospekti – Lider televiziyası – “Elmlər Akademiyası” metro st. – “İçərişəhər” metro st. – 20-ci sahə olacaq.

8 saylı marşrut avtobusu: “Azadlıq” metro st.dan – Səməd Vurğun küçəsi – Heydər Əliyev sarayı – “28 may” metro stansiyasına qədər hərəkət edəcək.

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı – “Elmlər Akademiyası” metro st. – “Koroğlu” parkı – “Gənclik” metro st. – “N.Nərimanov” metro st. – Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib.

Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.