» » » “Active Mom’s Club” valideynlər üçün ənənəvi şənbə “qəlyanaltısı” təşkil etdi – FOTO + VİDEO

“Active Mom’s Club” valideynlər üçün ənənəvi şənbə “qəlyanaltısı” təşkil etdi – FOTO + VİDEO

“Active Mom’s Club” valideynlər üçün ənənəvi şənbə “qəlyanaltısı” təşkil etdi – FOTO + VİDEO

“Active Mom’s Club” analar cəmiyyətinin təşkil etdiyi növbəti faydalı qəlyanaltıda təkcə analar deyil, həm də atalar, babalar və nənələr də iştirak etdilər. Tədbirdə valideynlərin öz uşaqları ilə qarşılıqlı münasibətləri barədə aktual məsələlər müzakirə olundu.  

Ucarliyiq.biz xəbər verir ki, 40-dan artıq şəxsin iştirak etdiyi qəlyanaltı uşaqlarla qarşılıqlı münasibətlərdə ananın və atanın vəzifələrinin bölüşdürülməsi məsələlərinə həsr edilmişdi.

Görüşdə “Münasibətlər xəritəsində” düzgün marşrutu necə axtarmalı və uşaqlarla münasibətdə ananın və atanın energetikalarının mahiyyəti nədən ibarətdir?” mövzusunda çıxış edən tərbiyə və təhsil eksperti Anar Məmmədov qeyd edib:

“Ana – uşağın daxili aləminin hisslərinin özəyidir, ata – dünya ilə qarşılıqlı münasibətlərin modeli və həyatın hərəkətverici qüvvəsinin gücüdür”.

Açıq ünsiyyət meydançasında valideynlərlə ekspert arasında keyfiyyətli dialoq quruldu, iştirak edənlərin həyatından bir çox problemli vəziyyətlər nəzərdən keçirildi, daha çox əhəmiyyət kəsb edən məsələlər müzakirə olundu və praktik məsləhətlər əldə edildi.

Tərbiyə və təhsil eksperti Anar Məmmədovla blitz – müsahibə:

“Active Mom’s Club” valideynlər üçün ənənəvi şənbə “qəlyanaltısı” təşkil etdi – FOTO + VİDEO

 “Uşağın sərbəstliyi onun özünü reallaşdırmasına xidmət etməlidir”

- Görüşdə siz valideynlərlə uşaqlar arasındakı qarşılıqlı münasibətlər sahəsində mühüm mövzulardan birinə toxundunuz. Uşağa necə kifayət qədər vaxt ayırmalı?

- Uşağa vaxt ayırmaq, bütün işləri kənara qoyaraq onunla olmaq, prosesə cəlb olunmaqdır, - uşaq valideyninin iştirakını, onun dəstəyini hiss edir. Qoy bu lap kiçik bir müddət olsun – 5 və ya 10 dəqiqə, valideyn özünü və öz vaxtını oğluna və ya qızına tam həsr etməlidir.

- Deyilənə görə, birinci “olmaz” – birinci xəyanətdir, valideynlər öz övladlarına nəyisə qadağan etdikdə hansı mühüm amili nəzərdən qaçırırlar?

- Biz uşağa nəyisə qadağan etdikdə, onu hər hansı izahat olmadan öz hissləri ilə təkbaşına buraxırıq. Uşaqda dərin yalnızlıq hissi baş qaldırır: axı ona sadəcə nəyisə qadağan etməyiblər, həm də vəziyyəti izah etmədən yalnız buraxıblar. Valideyn uşağa nəyisə qadağan edə bilər, lakin vəziyyəti izah edərək onu dəstəkləməlidir – nə üçün olmaz, əgər “olmaz”a əməl edilməzsə, nələr baş verə bilər. Digər tərəfdən, valideynlər “olmazı” uşaq üçün daha maraqlı olan başqa bir şeylə əvəz etməlidirlər.

- Bəs sizin fikrinizcə, uşağa hansı sərbəstlik lazımdır?

- “Sərbəstlik” anlayışının valideynlər üçün olduğu kimi, uşaqlar üçün də mühüm olan iki tərkib hissəsindən danışmaq istərdim.

Birinci tərkib hissəsi nailiyyətlər, özünü reallaşdırmaqdır. Humanist psixologiyasının özəklərindən biri insanın özünü reallaşdırmasıdır. Yəni, xoşbəxt insan – özünü reallaşdırmış, fəxr edə, qənaətlənə biləcəyi zirvələrə nail olmuş insandır. Həm də buna görə təriflənir. Biz uşağa təmin etməli olduğumuz sərbəstlikdən danışanda, özünü reallaşdırma amilini yada salmaq lazımdır. Biz hər bir şeydə uşağa sərbəstlik veririk, onun sağlamlığına, mənəvi bütünlüyünə zərər vuran şeylərdən başqa. Sərbəstlik həmin an uşaq üçün zəruri olanlar çərçivəsində verilməli və onun özünü reallaşdırmasına xidmət etməlidir.  

İkinci tərkib hissəsi - seçimdir. Valideynlər uşaqlara ən mühümünü seçməyi, prioritetlər qoymağı, ölçüb-biçməyi, müqayisə etməyi öyrədirlər. Seçim, özünü reallaşdırma, sərbəstlik uşağa mənfi təsir edə biləcək amillər nəzərə alınmaqla təqdim edilməlidir.  

- Ailədə həyat yoldaşları arasında tarazlığı necə tapmaq və qoruyub-saxlamaq olar?

- Ailədə tarazlığı qoruyub-saxlamağa çalışmaq lazım deyil, sadəcə olaraq – həyat yoldaşları bir-birinə qarşı hörməti qoruyub saxlamalıdırlar. Ailədə ər-arvad arasında hörmət anlayışının özü tarazlıq sözünün ekvivalentidir. Ailədə tarazlıq yoxdursa, deməli, haradasa hörmət pozulmuşdur: ya həddən artıq səviyyədə büruzə verilmiş, yaxud da əksinə, kifayət qədər təqdim edilməmiş, büruzə verilməmişdir. Bir-birinə hörmət edən həyat yoldaşları ailədə tarazlığın saxlanması barədə düşünmürlər: ərə hörmət etmək – uşağın müdafiəsinə və gücünə hörmət deməkdir, anaya hörmət – uşağın həssaslığına, daxili aləminə hörmət deməkdir.