» » » Gəmiricilər cəbhəyanı kəndlərə hücum edib

Gəmiricilər cəbhəyanı kəndlərə hücum edib

Gəmiricilər cəbhəyanı kəndlərə hücum edib

Cəbhəyanı kəndlərdə əkin sahələri və yaşayış məntəqələri gəmiricilərin hücumuna məruz qalıb.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Beyləqan rayonlarının əkin və həyətyanı torpaq sahələrindəki siçanabənzər gəmiricilər ötən illərlə müqayisədə çoxluq təşkil edir.

Sözügedən rayonların Bitki Mühafizə idarələrindən bildirilib ki, siçanabənzər gəmiricilər, xüsusilə, cəbhəyanı yaşayış məntəqələrində daha çox müşahidə olunur. Oktyabr ayında taxıl, yonca sahələrində dərmanlama işləri aparılsa da, yaşayış yerlərinə yaxın ərazilərdə dərmanlama prosesini həyata keçirməkdə bəzi çətinliklər yaranıb. Təsərrüfatında toyuq-cücə saxlayan sakinlər dərmanlama işlərini aparmaqdan imtina edib.