» » » Şəkidə 54 yaşlı kişi faciəvi şəkildə ölüb

Şəkidə 54 yaşlı kişi faciəvi şəkildə ölüb

Şəkidə 54 yaşlı kişi faciəvi şəkildə ölüb

Şəkidə 54 yaşlı kişi traktorun qoşqusunun altında qalaraq ölüb. 

Ucarliyiq.biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında Şəki rayon sakini, 1962-ci il təvəllüdlü Asim İspəndiyar oğlu Mustafazadə idarə etdiyi  qoşqulu traktorla tullantıların atılması üçün ayrılmış xüsusi ərazidə zibil boşaldan zaman qoşquda nasazlıq yaranıb. 

Asim Mustafazadə yaranan nasazlığı aradan qaldırmağa çalışarkən qoşqu qəfildən sürətlə enib və ustafazadənin başını əzib. Nəticədə o faciəvi şəkildə hadisə yerində ölüb.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.