» » » Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

Şimal-şərq küləyi əsəcək.

Oktyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, yarımadanın bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq.  

Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Səhər-səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlıq ərazilərdə gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.