» » » Müharibə əlilləri və şəhid ailələrinə mənzillər verildi – FOTO

Müharibə əlilləri və şəhid ailələrinə mənzillər verildi – FOTO

Müharibə əlilləri və şəhid ailələrinə mənzillər verildi – FOTO

Nazirlik məlumat yaydı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam və Ağcabədi rayonlarında inşa olunmuş 24 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə verilib. 

Bu barədə nazirlikdən ucarliyiq.biz-a bildirilib. 

Nazirliyin məlumatına görə, respublikanın bölgələrində inşa etdirilən fərdi yaşayış evlərindən 10 ədədi Ağdam rayonunda, 14 ədədi isə Ağcabədi rayonunda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Bundan başqa, nazirlikdən bildirilib ki, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutulur. 

“Respublikanın müxtəlif bölgələrində 375 fərdi evin tikintisi işləri aparılıb ki, onlardan artıq inşası başa çatmış evlər istifadəyə verilməkdədir” - deyə, nazirlikdən qeyd olunub. 

Müharibə əlilləri və şəhid ailələrinə mənzillər verildi – FOTO

Müharibə əlilləri və şəhid ailələrinə mənzillər verildi – FOTO

Müharibə əlilləri və şəhid ailələrinə mənzillər verildi – FOTO