» » » Novruz Məmmədov: İnsanlar anlamırlar, bəs dünyanın aparıcı ölkələrinin rəhbərləri?

Novruz Məmmədov: İnsanlar anlamırlar, bəs dünyanın aparıcı ölkələrinin rəhbərləri?

Novruz Məmmədov: İnsanlar anlamırlar, bəs dünyanın aparıcı ölkələrinin rəhbərləri?

“Onlar da anlamırlar?”.

İqlim dəyişməsi inkişaf etmiş dövlətlərin bəşəriyyətə miras qoyduğu “töhfədir”.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

N. Məmmədovun sözlərinə görə, bu prosesi dayandırmaq üçün heç indi də bir sıra addımlar atmaq istəmirlər.

“Hələlik proseslər söz və bəyanat səviyyəsində qalmaqdadır. Pan Gi Mun deyir ki, insanlar iqlim dəyişməsinin nə qədər təhlükəli olduğunu anlamırlar. Razılaşaq ki, insanlar anlamırlar, bəs dünyanın aparıcı ölkələrinin rəhbərləri? Onlar da anlamırlar?”, - deyə, N. Məmmədov yazıb.