» » » Metroda çalışan 200 xəzinədar işlə təmin olunacaq

Metroda çalışan 200 xəzinədar işlə təmin olunacaq

Metroda çalışan 200 xəzinədar işlə təmin olunacaq

“Onların stajlarına uyğun işlər təklif olunur”.

Metroda çalışan xəzinədarlar yeni işlə təmin olunacaqlar.

Bunu ucarliyiq.biz-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, xəzinədar 200 nəfərdən çoxdur. 

“Onların ixtisaslarına, təhsillərinə, stajlarına uyğun işlər təklif olunur. Onlar metroda buna uyğun işlə təmin olunacaqlar”.

Qeyd edək ki, “Bakıkart” sisteminə keçidlə əlaqədar oktyabr ayının birindən etibarən metroda xəzinədar ştatı ləğv olunub.