» » » “Yaşıl dağ” sosial aksiyası keçiriləcək

“Yaşıl dağ” sosial aksiyası keçiriləcək

“Yaşıl dağ” sosial aksiyası keçiriləcək

Oktyabrın 6-da.

IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək”  layihəsi çərçivəsində “Yaşıldağ” sosial aksiyası keçiriləcək.

Bu barədə “ASAN xidmət”dən ucarliyiq.biz-a bildirilib. 

“Kağız tullantıların bir yerə toplanması ilə dağ düzəldilməsi nəzərdə tutulan aksiyada simvolik yaradılan “dağ” sosial məsuliyyəti anlayan bir qrup insanı bir yerə toplayacaq və ”yaşıl” gələcək üçün çağırış edəcəkdir.

IDEA İctimai Birliyi, “ASAN xidmət” və "AzersunHolding" MMC dövlət qurumları, özəl sektor nümayəndələrini, qeyri-hökumət təşkilatları və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Yaşıl dağ” aksiyasında iştirak etməyə dəvət edir.

İştirak etmək istəyənşəxslər özü ilə birlikdə ən azı 5 kq kağız tullantı gətirərək aksiyaya qoşula bilərlər” - deyə, dövlət agentliyindən bildirilib. 

Qeyd edək ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. Eyni zamanda, layihəyə dəstək məqsədilə “ASAN xidmət” mərkəzlərində ASAN Könüllüləri tərəfindən “Yaşıl ASAN” təşəbbüsü irəli sürülüb və yüzlərlə gənc bu təşəbbüsün iştirakçısına çevrilib. 

Tədbirin keçiriləcəyi vaxt və məkan:

6 oktyabr 2015-ci il saat 15.00;  Sumqayıt “ASAN xidmət” mərkəzi (Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə, 42d)

Əlaqələndirici şəxs: Sona Tağıyeva

Telefon: (055) 887 26 68