» » » Deputatlığa 1054 namizəd qeydiyyatdan keçdi

Deputatlığa 1054 namizəd qeydiyyatdan keçdi

Deputatlığa 1054 namizəd qeydiyyatdan keçdi

Seçkilər noyabrın 1-də keçiriləcək.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında (MSK) Milli Məclisə deputatlığa 1054 namizəd qeydiyyatdan keçib, bu barədə bazar ertəsi MSK-nın iclasında bildirilib.

ucarliyiq.biz xəbər verir ki, bazar ertəsinə olan məlumata əsasən, deputatlığa namizədlik üçün 1823 nəfər sənəd təqdim edib.

Bununla yanaşı, 572 nəfər siyasi partiyalardan, 62 nəfər “Azadlıq-2015” siyasi blokundan, üç nəfər təşəbbüs qrupundan, 1186 nəfər şəxsi təşəbbüs ilə namizədliyini irəli sürüb.

MSK-nın iclasında bildiriblər ki, 185 namizədliyin irəli sürülməsi təsdiqlənib.

Azərbaycan Konstitusiyasına müvafiq olaraq, Milli Məclisə seçkilər hər beş ildən bir, noyabrın ilk bazar günü keçirilir. Bu il seçkilər noyabrın 1-də keçiriləcək.