» » » Mirşahin: MTRŞ-nı məhkəməyə verəcəyik

Mirşahin: MTRŞ-nı məhkəməyə verəcəyik

Mirşahin: MTRŞ-nı məhkəməyə verəcəyik

“Bu qurumun verdiyi qərarla razı ola da bilərik, olmaya da bilərik”.

Milli Televiziya və Radio Şurası (MTRŞ) tənzimləyici qurumdur. Bu qurumun verdiyi qərarla razı ola da bilərik, olmaya da bilərik. Təbii ki, razı olmayacağımız təqdirdə bizim araşdırmaq üçün yolumuz məhkəməyə müraciət etmək yoludur.

ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya açıqlamasında ANS-in baş direktoru Mirşahin Ağayev deyib.
 
O bildirib ki, MTRŞ-nın bu gün keçirdiyi növbəti toplantıda iştirak edib.
 
M. Ağayev əlavə edib ki, MTŞR-nın bu gün qəbul etdiyi qərarda da onların razılaşmadığı bır sıra məsələlər var: “Elə buna görə də məhkəməyə müraciət edəcəyik”.
 
Baş direktor qeyd edib ki, ötən həftə MTRŞ-nın qərarı ilə 1 ay müddətinə qapadılan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinə görə məhkəməyə müraciət etmək üçün sənədlər hazırlanıb.
 
Qeyd edək ki, bu gün MTRŞ ANS-i 54 min manat məbləğində cərimələyib, “Salam, Azərbaycan” verilişi 10 gün müddətinə, ötən həftə isə ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramları 1 ay müddətində bağlanılıb.