» » » Hacı Nuran: İndiki əməliyyatdan ayılmaya da bilərəm

Hacı Nuran: İndiki əməliyyatdan ayılmaya da bilərəm

Hacı Nuran: İndiki əməliyyatdan ayılmaya da bilərəm

“Dözülməz ağrılarım olur”.

Xərçəng xəstəliyinə qarşı Almaniyada müalicə olunan və bu yaxınlarda Bakıya gələn aparıcı Hacı Nuran Hüseynov “Atv Maqazin” verilişinə müsahibə verib.

ucarliyiq.biz xəbər verir ki, o, müalicəsinə 200 mindən çox pul xərcləndiyini deyib:

“Azərbaycanda müayinədən keçdim və cavabları Almaniyaya göndərdim. Həkimlər təcili geri  çağırdılar ki, yeni bədxassəli şiş yaranıb. Müalicəmə 200 mindən çox pul xərclənib. Dözülməz ağrılarım olur. Bu dəfə on qat ağır kimyaterapiya etdilər. Bədənimə dəmir yerləşdirilib. Oradan iynələr vurulur. Hormonal dərmanlara görə kökəlmişəm. Məndə şəkər də tapıldı. İndi ondan da müalicə alıram”.

Hacı Nuran ən böyük arzusunun Bakıda yaşamaq olduğunu deyib:
“Ən böyük arzum Azərbaycana qayıtmaqdır. Quru çörək olsun, amma burada yaşayım.

İndi ilik transplantasiyası olunacaq. Yenidən Bakıya qayıtmamaq ehtimalım da var. Əməliyyata girməzdən əvvəl həkim kağıza qol çəkdirir ki, əməliyyatdan ayılmaya da bilərəm”.