» » » Mal-qaranın yolda hərəkəti Milli Məclisin diqqətində

Mal-qaranın yolda hərəkəti Milli Məclisin diqqətində

Mal-qaranın yolda hərəkəti Milli Məclisin diqqətində

Problem müzakirə olunub.

Torpaqlar özəlləşdirilib, magistral yollarla camaat mal-qarasını arandan yaylağa necə aparmalıdır? Yardımlıda, Masallıda, Şamaxıda insanlar hələ də mal-qarasını arana, yaylağa aparır. Hər dəfə mal-qaranı aran və yaylağa aparan insanlarla yerli sakinlər, icra qurumları arasında mübahisə yaranır”.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirə edilərkən millət vəkili Sabir Rüstəmxanlı söyləyib. 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinin qadağan olunması əksini tapıb. 

Millət vəkili İlham Əliyev də magistral avtomobil yollarında mal-qara üçün keçidlərin yaşayış məntəqələrindən uzaqda yerləşdirilməsindən söz açıb. O qeyd edib ki, Bakı-Qazax yolunda, xüsusən yolun Kürdəmirdən keçən hissəsində sürət həddi tez-tez aşağı salınır:

“Tutaq ki, yolun kənarında 5-6 ev var, sürət həddi buna görə birdən saatda 50 km-ə endirilir. Magistral yolda sürət həddinin qəfil belə aşağı endirilməsinin özü də qəza hallarına yol açır”. 

Millət vəkili Elmira Axundova isə qanunların qəbul edilməsinə baxmayaraq, hələ də magistral yollarda mal-qaranın hərəkətinə tez-tez rast gəlindiyini söyləyib.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.