» » » Həccdə ölən azərbaycanlıların ailələrinə kompensasiya ödəniləcək

Həccdə ölən azərbaycanlıların ailələrinə kompensasiya ödəniləcək

Həccdə ölən azərbaycanlıların ailələrinə kompensasiya ödəniləcək

QMİ məbləği açıqlayıb.

Builki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək: 

“Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək”.

Qeyd edək ki, builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib.