» » » Bakı metrosunda hərəkət dayandı - YENİLƏNİB

Bakı metrosunda hərəkət dayandı - YENİLƏNİB

Bakı metrosunda hərəkət dayandı - YENİLƏNİB

Sərnişinlərlə dolu qatar hərəkətə gəlməyib.

Bu gün axşam saatlarında Bakı metropoliteninin “İçərişəhər” stansiyasında qatarda nasazlıq yaranıb, nəticədə qatarların hərəkətində uzunmüddətli fasilə yaranıb.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına hərəkət edən qatarda problem yaranıb. 
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə saat 19.59-da baş verib. 

“İçərişəhər” stansiyasında sərnişinlərlə dolu qatar hərəkətə gəlməyib. Bütün səylərə baxmayaraq, nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Yolu boşaltmaq üçün “İçərişəhər” stansiyasına köməkçi qatar göndərilib. Köməkçi qatar nasaz qatarı dartıb və yol boşalıb. Bu işlərə 40 dəqiqə vaxt sərf edilib. Bu müddət ərzində “İçərişəhər" - “28 May” xətti üzrə qatarların hərəkəti dayandırılıb. 

“Dərnəgül” - “Həzi Aslanov” istiqamətində isə qatarlar normal və vaxtında hərəkət edib. 
 
Sərnişinlərin verdiyi məlumata görə, 40 dəqiqəlik fasilə “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında sərnişin sıxlığına səbəb olub.

20:59

Bu gün Bakı metrosunun “İçərişəhər” stansiyasında qatarın hərəkəti dayanıb.

ucarliyiq.biz-ın Qafqazinfo-ya istinadən məlumatına görə, metropoliten işçilərinin, maşinistlərin cəhdlərinə baxmayaraq qatarı hərəkətə gətirmək mümkün olmayıb.

Qatarın hərəkətə gətirilməsinin mümkün olmadığını görən sərnişinlər arasında panika yaşanıb. Maşinistlər sərnişinləri qatardan təxliyyə edib.

Təxminən 15 dəqiqəyə yaxın davam edən bu situasiyadan sonra qatarın hərəkətini bərpa etmək mümkün olub.