» » » Sosial müavinətlərin verilməsində – YENİ QAYDA

Sosial müavinətlərin verilməsində – YENİ QAYDA

Sosial müavinətlərin verilməsində – YENİ QAYDA

Nazirlik məlumat yaydı.

Sosial təminat növlərinin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları təkmilləşdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təklifinə əsasən Nazirlər Kabineti 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarla “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların  təyin  olunması  üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nı təsdiq edib. 

Bu barədə nazirlikdən ucarliyiq.biz-a bildirilib. 

“Qaydalar ƏƏSMN-nin  şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən müvafiq kateqoriyalardan olan şəxlərə sosial müavinətlərin (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla), Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının təkmilləşdirilməsinə xidmət edir. 

Bu günədək qeyd olunan sahədə ayrı-ayrı normativ-hüquqi aktlarla tənzimlənirdisə, bundan sonra yeni təsdiqlənən Qaydalara uyğun olaraq yerinə yetiriləcək.

Qaydalarda social müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciətin edilməsi, bununla əlaqədar ƏSMM-lərə təqdim olunan ərizələrin qeydiyyata alınması və onlara baxılması, müavinət, təqaüd və kompensasiya təyin olunmasına baxılması və qərarların icrası, bu sosial təminat növləri üzrə işlərin qeydiyyatdan çıxarılması və qəbul edilməsi, bu işlərin saxlanılması prosedurları konkret şəkildə müəyyən olunub” - deyə, nazirlikdən bildirilib. 

Bundan başqa, nazirlikdən bildirilib ki.ş qaydalarda ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlərin müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edildiyi qeyd olunur.

Həmçinin, vətəndaşların sosial müavinət, təqaüd və kompensasiya təyinatı üçün şəhər, rayon ƏSMM-lərinə elektron qaydada və poçt vasitəsilə ərizə (Qaydalara 1 nömrəli əlavədə ərizə forması göstərilir ) ilə, habelə 16 yaşından yuxarı uşaqların bu məqsədlə müstəqil şəkildə müraciət edə bilmələri, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum olmuş şəxslərin isə bunun üçün ərizələrinin cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərildiyi bildirilir. 

Ərizənin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verildiyi, ərizə poçtla və ya elektron qaydada göndərildikdə, Mərkəzin ərizənin daxil olduğu gündən ən geci 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə məlumat göndərməli olduğu və s. proseduralar Qaydalarda əksini tapıb.

Bununla yanaşı, zəruri məsələlərdən biri kimi Qaydalara 7 nömrəli əlavədə müavinət, təqaüd və kompensasiyaların təyin olunması üçün tələb olunan sənədlərin siyahısı müəyyən edilib.

Vətəndaşlar onlara qeyd olunan sosial təminat növlərinin təyin olunması üçün müraciət edərkən məhz həmin siyahıda əskini tapan sənədləri təqdim etməlidirlər. 

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların  təyin  olunması  üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ƏƏSMN-nin rəsmi internet saytının “Qanunvericilik” bölümünün “Təlimatlar və qaydalar” alt-bölməsində təqdim olunur.

Habelə Qaydalara 7 nömrəli əlavə (Müavinət, təqaüd və kompensasiyaların təyin olunması üçün tələb olunan sənədlərin siyahısı) saytın “Fəaliyyət və xidmətlər” bölməsindəki “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması” alt-bölümündə “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” adı altında yerləşdirilib.