» » » Azərbaycan-İtaliya matçını izləyəcək azarkeşlərə şad xəbər

Azərbaycan-İtaliya matçını izləyəcək azarkeşlərə şad xəbər

Azərbaycan-İtaliya matçını izləyəcək azarkeşlərə şad xəbər

NİİM məlumat yaydı.

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ərəfəsində 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılmışdır. 

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin-dən ucarliyiq.biz-a daxil olan məlumata görə, azarkeşlər stadiondan ekspress avtobuslarla rahat şəkildə geri qayıda biləcəklər.

Şəhərətrafı marşrut xətləri üzrə 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılmışdır.

Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcəkdir. Marşrut avtobuslarının hərəkət istiqamətləri haqda aşağıdakı cədvəldə məlumat verilmişdir.

Azərbaycan-İtaliya matçını izləyəcək azarkeşlərə şad xəbər