» » » Ali məktəblərdə əlillər üçün şərait yaradılacaq

Ali məktəblərdə əlillər üçün şərait yaradılacaq

Ali məktəblərdə əlillər üçün şərait yaradılacaq

“Bu məsələ nazirliyin diqqətindədir”.

Sağlamlıq imkanları məhdud tələbələr üçün ali təhsil müəssisələrində xüsusi şərait yaradılmalıdır. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. 

“Yeni tikinti, təmir aparıldığı zaman bu məsələ hər bir zaman dövlətin nəzarətində olub və eyni zamanda hər bir ali təhsil müəssisəsi bu məsələyə xüsusi diqqət yetirməlidir” - deyə, C.Bayramov qeyd edib. 

Onun sözlərinə görə, bu məsələ nazirliyin diqqətindədir:

“Biz Təhsil Nazirliyi olaraq universitetlərin akkreditasiyası aparılan zaman bu məsələyə diqqət yetiririk və yetirəcəyik”.