» » » “Azərbaycan evi”nin inşaatçılarına yeddi sahə təklif ediblər

“Azərbaycan evi”nin inşaatçılarına yeddi sahə təklif ediblər

“Azərbaycan evi”nin inşaatçılarına yeddi sahə təklif ediblər

Yerlə əlaqədar inşaatçılar son qərarı noyabrda verəcəklər.

Rusiyanın Sverdlovsk vilayətinin administrasiyası “Azərbaycan evi”ni inşa etmək istəyən sahibkara Osnovinski parkındakı torpağın əvəzinə seçim üçün yeddi sahə təklif edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə е1.ru-ya müsahibəsində Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski bildirib.

Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski bəyan edib ki, onlar mehmanxana-işgüzar kompleksin inşası üçün icazəni hələ aprel ayının 20-də alıblar, amma tikintiyə başlamayıblar. Belə ki, seçilmiş yer yaxınlıqda yaşayan evlərin sakinlərinin kütləvi etirazına səbəb olub.

“İndi qubernatorun göstərişi ilə – buna çox dəyər verirəm və buna görə minnətdaram – bizə həqiqətən çox yerdə torpaq sahəsi təklif edirlər. Artıq yeddi sahə təklif edilib. Onlar müxtəlifdir, amma bilirsiz iş nədədir? Bizə bu sahələrin layihəmizə müvafiq olması lazımdır”, - Şıxlinski bəyan edib.

Yerlə əlaqədar inşaatçılar son qərarı noyabrda verəcəklər. İndi onlar SVDƏİN (Sverdlovsk vilayəti üzrə Dövlət Əmlakının İdarəsi Nazirliyi) və Torpaq Münasibətləri Departamenti ilə işləyirlər.