» » » Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımalarını müzakirə etdilər

Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımalarını müzakirə etdilər

Azərbaycan və Özbəkistan beynəlxalq avtomobil daşımalarını müzakirə etdilər

Görüşdə qarşılıqlı tərəfdaşlığın inkişafından danışılıb.

Daşkənddə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı Azərbaycan-Özbəkistan arasında saziş layihəsi müzakirə olunub. 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ucarliyiq.biz-ə daxil olan məlumata görə, iclasda Özbəkistan Respublikası avtomobil və çay nəqliyyatı agentliyinin rəis müavini Şaalim Şavaxabov və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev iştirak edib. 

Görüşdə beynəlxalq avtomobil daşımaları sahəsində Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın əhəmiyyəti, avtomobil nəqliyyatı sahəsində iki ölkə arasında qanunvericilik və normativ huquqi aktlar haqqında informasıya mübadiləsinin vacibliyi və qarşılıqlı tərəfdaşlığın inkişafından danışılıb.

2013-cü il ilə müqayisədə Özbəkistan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yük daşımaların həcminin 2015-ci ildə daha çox artımı qeydə alınıb.

Həmçinin, beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyətinin gələcək inkişaf üçün böyük potensiala malik olması fikri də vurğulanıb.

Tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəliblər.