» » » Azərbaycanın şimal bölgəsində qar yağıb - YENİLƏNİB

Azərbaycanın şimal bölgəsində qar yağıb - YENİLƏNİB

Azərbaycanın şimal bölgəsində qar yağıb - YENİLƏNİB

ETSN məlumat yaydı.

Azərbaycan ərazisində oktyabrın 8-i gündüzdən 9-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, Nazirliyin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində oktyabrın 8-i gündüzdən 9-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.
 
Qubanın dağlıq ərazilərində sulu qar, Ləzədə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.
 
Havanın temperaturu oktyabrın 8-də günün ikinci yarısından başlayaraq tədricən enib.

12:00

Azərbaycanın şimal bölgəsində yaşayış məntəqəsinə ilk dəfə qar yağıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə APA-ya Quba Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib. 

Qusar rayonu, Ləzə kəndi ərazisinə 1 sm qalınlığında qar düşüb. Quba rayonun Qırız və Qusar rayonunun Kuzun yaşayış məntəqələrinə isə sulu qar yağıb. 

Regionda temperatur 5-8 dərəcə aşağı düşüb. Ən aşağı temperatur Quba rayonu, Xınalıq kəndi ərazisində qeydə alınıb. Burda temperatur mənfi 1,6 dərəcə olub.