» » » Davidıç Bakıda “Ferrari” sürdü - VİDEO

Davidıç Bakıda “Ferrari” sürdü - VİDEO

Davidıç Bakıda “Ferrari” sürdü - VİDEO

“Tıxacda özünü çılpaq qız kimi hiss edirsən”.

Qalmaqallı məşhur bloger Erik Davidıç Youtube-da Azərbaycanda çəkilmiş ikinci test-drayvın videosunu yerləşdirib.

ucarliyiq.biz xəbər verir ki, məşhur bloger “Ferrari 458 Italia Spider” markalı avtomobili test edib.

Davidıç Bakıda “Ferrari” sürüb. O, həmçinin Bakının mərkəzində “Ferrari” sürməyin nə olduğunu sınayıb.

Erik qeyd edib ki, “Ferrari” tıxacda ətrafdakı bütün insanların diqqətini çəkir.

“Tıxacda özünü çılpaq qız kimi hiss edirsən”, - Davidıç deyib.

Qeyd edək ki, bu, Erik Davidıçın Azərbaycanda keçirilən test-drayvının ikinci seriyasıdır. Azərbaycanda çəkilən daha 11 sınaq drayvının videosunun yerləşdirilməsi gözlənilir.   

Erikin Azərbaycanda test etmək üçün seçdiyi avtomobillər arasında “Ferrari”, “Porsche 911”, “Aston Martin”, “Chevrolet Corvette” kimi idman avtomobilləri ilə yanaşı “BMW E9” kimi klassik avtomobil markası da var.

ucarliyiq.biz Erik Davidıçın ikinci test-drayvının videosunu təqdim edir:

Diqqət! Videoda qeyri-normativ leksika var.

Elvin Əhmədov