» » » Ülviyyə Mahmudova xeyriyyə yarmarkası keçirəcək

Ülviyyə Mahmudova xeyriyyə yarmarkası keçirəcək

Ülviyyə Mahmudova xeyriyyə yarmarkası keçirəcək

“Soyuq əllər, İsti ürək: Mələklər”.

Dekabrın 1-dən 31-nə kimi “Nargis” Fondunun təşkilatçılığı ilə “Soyuq əllər, İsti ürək: Mələklər” adlı xeyriyyə yarmarkası keçiriləcək.

ucarliyiq.biz xəbər verir ki, artıq üçüncü dəfə təşkil olunacaq yarmarkadan əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək. Hər il uşaq evlərinin sakinləri yarmarkanın qonağı olurlar. Məşhur qonaqlarla görüş, sevimli ifaçıların çıxışları, yarmarkanın sponsorları tərəfindən təqdim olunan suvenirlər, şirniyyatlar, hədiyyələr uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş çoxsaylı əyləncə və sürprizlər əsl Yeni il bayramı ab-havası yaradacaq. 
Qeyd edək ki, “Nargis” fondunun rəhbəri professor Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovadır.

Ülviyyə Mahmudova xeyriyyə yarmarkası keçirəcək