» » » Azərbaycanda bəzi vətəndaşlara pulsuz evlər veriləcək

Azərbaycanda bəzi vətəndaşlara pulsuz evlər veriləcək

Azərbaycanda bəzi vətəndaşlara pulsuz evlər veriləcək

Sənədlərə 10 iş günü ərzində baxılacaq.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”ni təsdiq edib.

ucarliyiq.biz xəbər verir ki, Nizamnaməyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1 ünvanında yerləşir.

Müəssisənin əsas məqsədi uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün şəraitin təmin edilməsidir.

Burada valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzun qala bilər.

Onların məişət avadanlıqları və inventarla təminatını dövlət həyata keçirir.

Bundan başqa, müəssisə tərəfindən burada yaşayan məzunların işlə və daimi yaşayış yeri ilə təmin olunması istiqamətlərində tədbirlər görülməsi nəzərdə tutulur.

Azərbaycan Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıdakı məzunlardan  Müəssisəyə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış (dövlət uşaq müəssisəsini tərk etməsi və valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, yaşayış sahəsinin olmaması barədə məlumat);
- sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə).

Sənədlərə 10 iş günü ərzində baxılacaq.

Müəssisəyə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 (altı) ay müddətində Müəssisə tərəfindən ödənilir.