» » » Qənirə Paşayeva Ankara terrorunu lənətlədi

Qənirə Paşayeva Ankara terrorunu lənətlədi

Qənirə Paşayeva Ankara terrorunu lənətlədi

“Türkiyə vətənimiz qədər vətəndir”.

Azərbaycan terrorla mübarizədə həmişə Türkiyənin yanındadır, bunu milllət vəkili Qənirə Paşayeva Doğal xəbər agentliyinə müsahibəsində dedi.

ucarliyiq.biz  xəbər verir ki, Q.Paşayeva Ankarada baş verən verən terror aktını lənətləyərək, Azərbaycanın hər məsələdə Türkiyənin yanında olduğunu vurğuladı.

“Türkiyə vətənimiz qədər vətəndir. Yeri gəlsə, canımızı belə qurban verərik”, Q.Paşayeva dedi.

O həmçinin  qeyd etdi ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev, bütün millət vəkilləri, eləcə də bütün sivil cəmiyyəti bu məsələdə qardaş Türkiyənin yanındadı.

Q.Paşayeva Türkiyəni zəiflətmək istəyən xarici qüvvələrin olduğunu vurğuladı. 

“Türkiyəni  bölmək istəyən xarici qüvvərin məqsədi Türkiyəni zəiflətməkdi. Türkiyəni istədikləri istiqamətə çevirmək istəyirlər. Bunun acısını isə insanlar çəkir. Zamanı gələndə bu terrora əl qoyanlar hesabını verəcəklər”, - deyə millət vəkili qeyd etdi.