» » » Sabunçu, Səbail, Xətai rayonlarının polis rəisləri dəyişdirildi

Sabunçu, Səbail, Xətai rayonlarının polis rəisləri dəyişdirildi

Sabunçu, Səbail, Xətai rayonlarının polis rəisləri dəyişdirildi

Nazir əmr imzalayıb.

Daxili işlər orqanlarında daha bir neçə təyinat olub.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olub.