» » » Bakıda canına və puluna heyfi gəlməyən 86 min 171 nəfər yaşayır

Bakıda canına və puluna heyfi gəlməyən 86 min 171 nəfər yaşayır

Bakıda canına və puluna heyfi gəlməyən 86 min 171 nəfər yaşayır

Polis məlumat yaydı.

Bakı şəhərində bu il yanvarın 1-dən oktyabrın 3-nə kimi 610 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən ucarliyiq.biz-a verilən məlumata görə,  nəticədə 171 nəfər ölüb, 672 nəfər xəsarət alıb.

Məlumata görə, göstərilən dövr ərzində 13698 sürücü avtomobili sərxoş idarə etdiyi üçün məsuliyyətə cəlb olunub.

Bundan əlavə, qəza şəraiti yaradan 3467, polisin qanuni tələbinə tabe olmayan 2953, ötmə manevr qaydalarını pozan 7033, yol ayrıcı qaydalarını pozan 143 993, avtoxuliqanlıqla məşğul olan 588 şəxs məsuliyyətə cəlb olunub.

9 ay ərzində 2 341 75 yol hərəkəti qaydalarının  pozuntusu aşkar olunub, 86 171 piyada yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələnib.

Qeyd edək ki, piyadalara İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilir. Cərimənin miqdarı 20 manatdır. 86 171 piyada yazılan cərimənin miqdarı 1 723 420 manat edir.