» » » Azərbaycanda 1 milyon nəfərdən çox pensiyaçı var

Azərbaycanda 1 milyon nəfərdən çox pensiyaçı var

Azərbaycanda 1 milyon nəfərdən çox pensiyaçı var

Fondun pensiya və müavinətlər şöbəsinin müdiri danışdı.

Ölkə üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlinə 1 290 882 nəfər olub. İlkin məlumatlara görə  2015-ci ilin 1 oktyabr tarixinə 1 milyon 292 min 591 nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə  1709 nəfər və ya 0,1% artıb. 

ucarliyiq.biz-ın məlumatına görə,  bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirib. 

“Pensiyaçıların 778 850 nəfərini və ya 60,2 %-ni yaşa görə, 371 941 nəfərini və ya 28,8 %-ni əlilliyə görə, 141 800 nəfərini və ya 11 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

2015-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,8 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 200 manata yaxındır. Bu isə ölkə üzrə orta aylıq əmək haqqının təxminən 43 faizini təşkil edir” - deyə, E. Məmmədəliyev qeyd edib.