» » » Azərbaycanda istilik təchizatı üçün tariflər arta bilər

Azərbaycanda istilik təchizatı üçün tariflər arta bilər

Azərbaycanda istilik təchizatı üçün tariflər arta bilər

Hesabat təqdim olunub.

Milli istilik təchizatı operatoru “Azəristiliktəchizat” ASC hökumətə öz iqtisadi hesabatını təqdim edib.

ucarliyiq.biz xəbər verir ki, “Azəristiliktəchizat” ASC-nin xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev Fineko/abc.az-a bildirib ki, hesabatda təşkilatın iqtisadi vəziyyətinin qeyri-səmərəli olmasına dair informasiya açıq şəkildə təqdim edilib.

“Artıq bir neçə ildir “Azəristiliktəchizat” Tarif (qiymət) şurasına qiymətlərin qaldırılmasına dair müraciət edir, belə ki, təşkilatda suyun 1 kubmetri 1 manata alınır, amma əhaliyə qaynadılıb 0,4 manata satılır”, - R.Əliyev bildirib.

Onun sözlərinə görə, hökumət cari qeyri-tarazlıqdan xəbərdardır, və “Azəristiliktəchizat” ASC yenidən təklif hazırlamaq və qiymətlərin artırılması üçün hökumətə müraciət etmək niyyətindədir.

Bu günlərdə parlament büdcə dinləmələrində Azərbaycan maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan hökuməti milli iqtisadiyyatın kommunal sahəsində mövcud olan əsas qeyri-sabitliyi aşkar edib.

““Azəristiliktəchizat”ın qiymətləri çox aşağıdır. Bu qiymətlər su-kanalizasiya operatoru “Azərsu”dan alınan soyuq suyun qiymətindən də ucuzdur. İstilik təchizatı operatoru “Azəristiliktəchizat” ASC onun normal iqtisadi fəaliyyəti üçün yetərli deyil”, - o zaman Şərifov bildirmişdi.