» » » Nazirlik: İstehsalatda bədbəxt hadisələr azaldı

Nazirlik: İstehsalatda bədbəxt hadisələr azaldı

Nazirlik: İstehsalatda bədbəxt hadisələr azaldı

Hesabat açıqlandı.

Cari ilin 9 ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 35% azalıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) ucarliyiq.biz-a bildirilib. 
 
“Hesabat dövründə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 30% azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 92% azalaraq 2-yə enib. Bu hadisələr nəticəsində xəsarət alanların sayında isə 35% azalma qeydə alınıb” - deyə, nazirlikdən qeyd olunub. 

Bundan başqa, nazirlikdən bildirilib ki, istehsalat qəzalarının əsasən tikinti, emal, energetika, mədənçıxarma, nəqliyyat və s. sahələrdə baş verdiyi müəyyən olunub.