» » » Putin azərbaycanlı iş adamına orden verdi

Putin azərbaycanlı iş adamına orden verdi

Putin azərbaycanlı iş adamına orden verdi

Rusiya prezidenti fərman imzalayıb.

Rusiya Prezidenti Vladimir Putin Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva vilayət bölməsinin sədri, “Günay” İstehsalat-kommersiya firmasının rəhbəri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumat Rusiya prezidentinin hüquqi informasiya portalında yerləşdirilib.

Sərəncamda qeyd olunur ki, yüksək dövlət mükafatı Rəhimova əmək fəaliyyətində uğurlar və çoxillik vicdanlı işinə görə verilir.