» » » BDU-nun qarşısında ağır qəza: 5 tələbə vuruldu

BDU-nun qarşısında ağır qəza: 5 tələbə vuruldu

BDU-nun qarşısında ağır qəza: 5 tələbə vuruldu

Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.

Bu dəqiqələrdə Mətbuat prospektində dəhşətli qəza baş verib.

ucarliyiq.biz aznews.az-a istinadən xəbər verir ki, prospektlə 20 Yanvar istiqamətində sürətlə hərəkət edən “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən 5 tələbəni vurub.

APA-nın məlumatına görə, hadisə Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb.

“Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 5 piyadanı vurub.

Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.

İlkin məlumata görə, vurulan piyadalardan biri dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağırdır.

Yasamal rayon Polis İdarəsindən qəzanın baş verməsini təsdiqləyiblər

Yaralılar xəstəxanaya aparılıb.

Hadisəylə bağlı Mətbuat prospektində sıxlıq yaranıb.