» » » Ərəb şeyxləri Saatlıda 12000 manatlıq evlər kirayələdilər

Ərəb şeyxləri Saatlıda 12000 manatlıq evlər kirayələdilər

Ərəb şeyxləri Saatlıda 12000 manatlıq evlər kirayələdilər

“Belə görünür ki, qonaqlarımız burada uzun müddət qalacaqlar”.

Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəraları davam edir. Onlar ov üçün indi də Saatlıya gediblər.

ucarliyiq.biz xəbər verir ki, Saatlı sakinlərinin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.

“Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər” - deyə rayondakı mənbələrimiz bildirib.

Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.

Ərəb ovçuları artıq həmin əraziyə bir neçə konteynerdə ləvazimat da daşıyıblar. Kənar şəxslərin bu əraziyə girişi qadağan edildiyindən yerli sakinlərdə qonaqların hansı ov əyləncəsi ilə məşğul olacağı barədə məlumat yoxdur. Yerli sakinlər ova gələnlərin kim olduqlarını da bilmirlər.