» » » “Azəryolservis” fəhlələrin tələblərinə münasibət bildirdi

“Azəryolservis” fəhlələrin tələblərinə münasibət bildirdi

“Azəryolservis” fəhlələrin tələblərinə münasibət bildirdi

Qurum rəsmisi açıqlama verdi.

“Azərinşaatservis” MMC fəhlələrin əmək haqqının gecikdirilməsinə görə “Azəryolservis” ASC heç bir məsuliyyət daşımır.

Bunu Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ucarliyiq.biz-a bildirib.

Qeyd edək ki, bu gün bir qrup insanlar “Azərinşaatservis” MMC şirkətinin Dərnəgüldə yerləşən ofisinin qarşısına toplaşaraq, yığılıb qalmış maaşlarını tələb ediblər. Daha sonra həmin şəxslər maaş tələbi ilə “Azəryolservis” ASC-nin ofisinə gəliblər.

A. Nəcəflinin sözlərinə görə, narazı fəhlələrin nümayəndələri “Azəryolservis” ASC tərəfindən qəbul edilərək dinlənilib:

“Yol çəkilişləri zamanı “Azəryolservis” sifarişçi təşkilat, “Azərinşaatservis” MMC isə müvafiq tenderlərin qalibi olmuş ən böyük podratçı şirkətlərdən biridir. Bizim sifarişimizlə görülən işlər üçün maliyyələşmə tam olaraq yerinə yetirilib.

Ona görə də “Azəryolservis” MMC fəhlələrinin əmək haqqının gecikdirilməsinə görə heç bir məsuliyyət daşımır. Buna baxmayaraq, yol çəkən fəhlələrin probleminin həlli üçün müvafiq qurumlara müraciət etməyə də söz verdik”, - deyə, A. Nəcəfli bildirib.