» » » Bakıda Lamborghini Store mağazasının açılışı oldu

Bakıda Lamborghini Store mağazasının açılışı oldu

Bakıda Lamborghini Store mağazasının açılışı oldu

Kişi və qadın geyim kolleksiyaları təqdim olundu.

Bakıda Lamborghini Store mağazasının təntənəli açılış mərasimi baş tutub – dünyaca məşhur Automobili Lamborghini brendinin Azərbaycanda ilk geyim və aksesuarlar mağazası.

Təşkil olunan təqdimat zamanı Avtolux Azerbaijan Şirkətinin direktoru İbrahim Əhmədov qonaqları salamlayıb və Lamborghini Baku təmsilçiliyinin artıq bir ildir ki, ölkə bazarında fəaliyyət göstərdiyi və brendin həvəskarlarını yeni və rəngarəng avtomobil modelləri ilə sevindirdiyi haqqında danışıb.

Eyni zamanda qeyd olunub ki, illərdir müvəffəqiyyətlə ultra-luks idman avtomobilləri istehsal edən Lamborghini şirkətinin Gallardo, Huracan və Aventador kimi modelləri hər bir avtomobil həvəskarı tərəfindən tanınır və sevilir.

Automobili Lamborghini Sp.A. şirkəti yalnız idman avtomobillərinin istehsalı ilə məşhur deyil. 

Eyni zamanda istedadlı italyan dizaynerlərin səyləri eksklüziv geyim kolleksiyalarının yaradılmasına yönəlib ki, bu da öz növbəsində brendin ruhunu əks etdirir, moda dünyası ilə mobil və avtomobil dünyaları arasında əlaqə yaradır. Və indi bunlar hamısı Azərbaycanda əlçatandır. 

Lamborghini Store-nin açılışı Collezione Automobili Lamborghini brendinin möhtəşəm dəfiləsi ilə davam etdirildi. Kişi və qadın, eləcə də 3 yaşdan 12 yaşadək uşaq geyim kolleksiyaları təqdim olundu. Collezione Automobili Lamborghini seriyasının 2015/16 payız-qış mövsümü üçün aksessuar və geyimləri nümayiş olundu. Bütün geyim və aksessuar modelləri, avtomobillərdə olduğu kimi yüksək keyfiyyət göstəricilərinə malikdirlər. 

Qeyd etmək lazımdır ki, bu brendin pərəstişkarlarını Lamborghini-nin yeni modelinin – istehsalçıların ötən il Frankfurt avtoşousunda təqdim etdikləri Huracan Spyder modelinin bazara çıxışı çox maraqlandırır. Yeni modelin texniki xüsusiyyətləri ilə bağlı suallara Lamborghini-nin Bakı nümayəndəliyinin brend meneceri Tural Xancığazov cavab verdi.

Əlavə məlumat almaq istəyənlər Parlament prospekti 4 ünvanında yerləşən Lamborghini Baku mağazasına müraciət edə və ya 012 404 84 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bakıda Lamborghini Store mağazasının açılışı oldu

Bakıda Lamborghini Store mağazasının açılışı oldu

Bakıda Lamborghini Store mağazasının açılışı oldu

Bakıda Lamborghini Store mağazasının açılışı oldu

Bakıda Lamborghini Store mağazasının açılışı oldu