» » » Bakıda 600-dən çox piyada zolağı yenidən rəngləndi – FOTO

Bakıda 600-dən çox piyada zolağı yenidən rəngləndi – FOTO

Bakıda 600-dən çox piyada zolağı yenidən rəngləndi – FOTO

Zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilib

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “ Azəryolservis” ASC tərəfindən müəyyən işlər həyata keçirilib. 

ASC-dən ucarliyiq.biz-a daxil olan məlumata görə, görülən işlər çərçivəsində zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilib, rəngi solmuş zolaqlar isə yenidən rənglənib.

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq ilkin etapda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ilk öncə təhsil müəssisələrinin yaxınlığında yerləşən küçə və prospektlərdə sözügedən işlər həyata keçirilib.

Ümumilikdə 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərin zəruri olan yerlərin yeni piyada zolaqları çəkilib, mövcudları isə yenidən rənglənib. Aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha təhlükəsiz olub və rahatlaşıb. 

Növbəti etapda digər küçə və prospektlərdə anoloji işlər uğurla icra olunub və bu istiqamətdə işlər indi də davam etdirilməkdədir. Nəqliyyat Nazirliyi “ Azəryolservis” ASC tərəfindən planlı şəkildə həyata keçirilmiş işlər nəticəsində ümumilikdə Bakı şəhəri üzrə 600-dən çox piyada zolağı yenidən rənglənib və yeniləri çəkilib.