» » » “Nizami” dünyanın ən gözəl metro stansiyaları arasında – FOTO

“Nizami” dünyanın ən gözəl metro stansiyaları arasında – FOTO

“Nizami” dünyanın ən gözəl metro stansiyaları arasında – FOTO

Birinci yerdə "Formoza Bulvarı" metro stansiyası.

"Qafqaz Xəbərləri" nəşri dünyanın ən gözəl stansiyalarının reytinqini dərc edib.

ucarliyiq.biz ictnews.az saytına istinadən xəbər verir ki, siyahıda Bakı Metropoliteninin "Nizami" stansiyası da yer alıb.

Reytinq cədvəlində birinci yerdə qərarlaşan Tayvanın Qaosyun şəhərində yerləşən "Formoza Bulvarı" metro stansiyası şüşə panellərdən işlənmiş göz oxşayan tərtibata malikdir. Panelin uzunluğu 4500 metrdir.

Yüzlərlə ayrı-ayrı şüşə hissələrindən işlənmiş parlaq mozaikanı rəssam Narçis Kvolyata ərsəyə gətirib.

Kaleydosk effekti sayəsində bu metro stansiyası yeni ailə həyatı qurmuş şəxslərin sevimli fotoçəkiliş meydançasına çevrilib.

30 metrlik diametrə malik günbəzdə insan həyatının 4 əsas ünsürü həkk edilib. "Su" - həyat, "Yer" - inkişaf və iqtisadi yüksəliş, "İşıq" - yaradıcılıq ruhu, "Od" isə sevgi və dözümlülük mənasını ifadə edir.

İtaliyanın Neapol şəhərində yerləşən "Toledo" metro stansiyası "İşıq panelləri" sayəsində ən gözəl yerlərdən biridir. Bundan başqa, bu metro stansiyası, həmçinin Neapolda ən dərin stansiyalardan hesab edilir.

Dünyanın ən dərin metro stansiyalarından biri olan «Toledo»nun interyeri üzərində ispan memarı Oskar Tuskets Blanka və Cənubi Afrika rəssamı Uilyam Kentric işləyib.

Çoxlu sayda platformaya malik vağzal kimi "Ginnesin Rekordlar Kitabı"na düşmüş Nyu-Yorkda yerləşən Mərkəzi vağzalın tavanı öz gözəlliyi ilə insanı heyran edir.

Gözləmə zalı tağ şəkilli pəncərə və sütunlardan ibarət dəbdəbəli stildə işlənib və tağlı məbədi xatırladır. Bu stansiya Nyu-Yorkun simvollarından sayılır.

Moskvanın "Komsomol" metro stansiyası arxitekturasına görə klassisizm elementlərini özündə birləşdirən möhtəşəmliyi, təmtəraqlılığı ilə seçilən Stalin ampirinin apofeozudur.

Stansiyanın şimal sonluğunda kiçik günbəzli avanzala doğru aparan pilləkən yerləşir.

Uzun və geniş dəhliz avanzaldan eskalator tunelinə doğru davam edir. Eskalator tuneli öz növbəsində hər iki stansiya qovşağı üçün ümumi yerüstü vestibülə aparır.

Böyük Vətən müharibəsində sovet xalqının zəfəri stansiya interyerlərinin arxitekturasında aparıcı mövzudur.

"Nizami" stansiyası Bakı metropoliteninin ilk xəttinin sonuncu stansiyasıdır. Mühüm inzibati və elmi mərkəzlərin yerləşdiyi Bakının Dağlıq hissəsinə aparan metropoliten xəttinin əvvəli burdan başlanır. Amma bu stansiyanın reytinqdə yer almasının tək səbəbi bu deyil.

Nəşrdə qeyd edilir ki, "Nizami" - eskalatorlarla təchiz edilmiş dərin stansiyadır. Azad qadın heykəlinin yaxınlığında yerləşir. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən gözəl nümunələrindən istifadə edilib.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılmış "Nizami" stansiyası Bakı Metropoliteninin ən gözəl işlənmiş stansiyalarından biridir. Bu stansiya SSRİ xalq memarı akademik M. Useynovun layihəsi üzrə inşa edilib. Yeraltı metro stansiyasını Nizami Gəncəvinin mozaika portreti və onun əsərlərinin pannosu bəzəyir.