» » » Ramil Usubov Sumqayıtın yeni polis rəisini şəxsi heyətə təqdim etdi – FOTO

Ramil Usubov Sumqayıtın yeni polis rəisini şəxsi heyətə təqdim etdi – FOTO

Ramil Usubov Sumqayıtın yeni polis rəisini şəxsi heyətə təqdim etdi – FOTO

Nazir açılış mərasiminə qatıldı.

Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.

DİN-dən ucarliyiq.biz-a verilən məlumata görə, tədbirdə Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə qarşılanma mərasimi olub, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.

Nazir yeni binada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, inşasına 2014-cü ilin aprel ayında başlanmış beşmərtəbəli bina hər cür zəruri avadanlıqlarla təchiz edilib. Ümumi yaşayış sahəsi 4800 kvadratmetr olan kompleks 60 mənzildən ibarətdir. Ərazidə hərbi qulluqçuların uşaqları üçün oyun meydançası da yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Yeni mənzillərlə təmin olunmuş hərbi qulluqçular və onların ailə üzvləri yüksək diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsinə gələrək yeni təyin olunmuş rəisi təqdim edib.

Hər iki mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.