» » » DMAA: Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur

DMAA: Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur

DMAA: Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur

“Hər gün təxminən 400-450 uçuş həyata keçirilir”.

Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir.

“Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadrat kilometr təşkil edir. Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur”,- bəyanatda deyilir.

Hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir. Onların arasında da "Qatar Airways", "Turkish Airlines", "Lufthansa", "Air France", "British Airways", "Singapore Airlines" və digər dünya şirkətlərinin hava gəmiləri var.

Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir.

Qeyd edək ki, Rusiya Xəzər dənizindən Suriya ərazisində yerləşən İŞİD terror təşkilatının mövqelərini vurduqdan sonra mətbuat xəbər yayılıb ki, bəzi aviaşirkətlər üçün Azərbaycanın hava məkanı təhlükəli zonaya çevrilib.